AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində ötən gecə keçirilən Belçika - İsveç matçı terror aktı səbəbindən başa çatmayıb.
Fanat.Az HLN-ə istinadən xəbər verir ki, Slayem S. adlı terrorçu oyuna gələn iki kişi və bir qadını güllələyib.
Dünyasını dəyişənlərin İsveçdən olduğu bildirilir.
Müsəlman olduğu bildirilən cinayətkar hadisəni törətməzdən əvvəl "Facebook" hesabənda canlı yayım açıb. O, ABŞ-da anasının ev sahibi olduğu, bıçaqlanaraq öldürülən 6 yaşlı Fələstin əsilli amerikalı uşağın intiqamını almağa qərar verdiyini deyib: "Bu gün ABŞ-da altı yaşlı uşaq 26 bıçaq zərbəsi alıb, bunu cinayət adlandırıblar, çünki qurban müsəlmandır. Öldürülən oğlan xristian, qatil isə müsəlman olsaydı, buna terror deyərdilər".
Belçika hökuməti ölkədə dördüncü səviyyəli terror təhlükəsi elan edib və bu səbəbdən Belçika - İsveç matçını izləyən stadiondakı azarkeşlərdən qalmaları istənilib, buraxılmazdan əvvəl diqqətlə yoxlanılıb.
Mirağa