Əfsanəvi veteran hücumçu Tyerri Anri "Mançester Sitinin baş məşqçisi Pep Qvardiolanın prinsiplərindən danışıb.
Fanat.Az xəbər verir ki, fransalı mütəxəssis vaxtilə "Barselona"da rəhbərliyi altında oynadığı Qvardiola barədə AS nəşrinə bunları deyib:
“Deyim ki, Qvardiola indiyə qədər gördüyüm ən yaxşı məşqçidir. Amma o, çox amansızdır. 33 yaşımda məni səfər oyununa aparıb oynatmadı və tribunaya göndərdi. Açığı, bu, mənə ağır gəldi. O, qalib gəlmək istəyir, bunu başa düşmək olar. Ancaq həmin oyunda mənsiz də qalib gələ bilərdilər. Sadəcə, göstərmək istəyirdi ki, Anrini də tribunaya göndərə, onsuz da qalib gələ bilərəm”.
Qeyd edək ki, Tyerri Anri 2007-2010-cu illərdə "Barselona"da oynayıb.
Mirağa