Baş məşqçi Erik ten Haqdan üzr istəmədiyi üçün "Mançester Yunayted"in əsas komandasından kənarlaşdırılan Ceydon Sanço karyerasını Almaniyada davam etdirməyə yaxındır.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, onun xidmətində sabiq klubu - Dortmund "Borussiya"sı maraqlıdır.
Xəbərə görə, "arılar" hazırda həftəyə 325 min avro əməkhaqqı alan Ceydonu MY onun maaşının bir hissəsini ödəməyə razılaşacağı təqdirdə, bu qış icarəyə götürməyi planlaşdırır.
Cari mövsüm "qırmızı şeytanlar"ın forması ilə bütün turnirlərdə 3 matça çıxan Sanço məhsuldar göstəricilərlə yadda qalmayıb. Sözügedən vingerin İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədərdir. Ceydon Dortmund təmsilçisindən MY-yə 2021-ci ilin yayında transfer olunub.
Nihat