İspaniyanın "Betis" klubunun yarımmüdafiəçisi Luis Enrike (PSJ-nin baş məşqçisi ilə səhv salmayın - red.) "Yuventus"un maraq dairəsinə düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.
Mənbənin məlumatına görə, "Yuventus" Enrikenin transferi ilə bağlı variantları gözdən keçirir. Sövdələşməni başa çatdırmaq üçün "Betis"ə təzminat ödəmək lazım gələcək. Çünki futbolçunun hazırki klubu ilə uzunmüddətli - 2028-ci ilin ortalarına qədər qüvvədə olan müqaviləsi var.
Luis Enrike cari La Liqa mövsümündə üç oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa