Mərc oyunlarında iştirak etdiyi üçün 7 aylıq diskvalifikasiya olunan “Yuventus”un yarımmüdafiəçisi Nikolo Facoli Turin klubunda qalacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
Mənbənin məlumatına görə, o, cəza müddətində "Yuventus"da həm məşq edə biləcək, həm də maaşını alacaq. Nikolo artıq klubun Kontinassedəki təlim-məşq bazasına qayıdıb. Klub qarşıdakı 7 ayda da, ildə 1 milyon avro maaş alan 22 yaşlı yarımmüdafiəçinin məvacibini ödəməyə davam edəcək.
Halbuki, “Yuventus” bundan əvvəl dopinq testindən keçə bilməyən və hazırda araşdırması davam edən Pol Poqbanın maaşını minimuma (ayda 2 min avro) endirib.
Mirağa