Hazırda "Norköpinq"də icarə əsasında çıxış edən "Milan"ın hücumçusu Emil Robak İsveçdə itkin düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə İtaliya nəşri "Corriere della Sera" məlumat yayıb.
20 yaşlı futbolçu ilə iki həftədir əlaqə itib. Bu müddət ərzində Robak "Norköpinq"lə məşq etməyib. O, telefon zənglərinə və mesajlara cavab vermir. Nəhayət, klubun bildirişini İsveç televiziyası yayımlayıb.
Robak bu ilin martından "Norköpinq"də icarə əsasında çıxış edib və bu müddət ərzində o, cəmi 3 matçda iştirak edib. Noyabrda onun icarə müddəti başa çatır.
Mirağa