Futbol üzrə İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt postundan gedə bilər.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssisin AÇ-2024 başa çatdıqdan sonra vəzifəsindən ayrılmaq ehtimalı var.
Məlumata görə, İngiltərə Futbol Assosiasiyasının rəhbərliyi Sautqeytin müqavilə yeniləyəcəyinə əmin olmadığı üçün onun yerinə yeni çalışdırıcı axtarmağı planlaşdırır. Bu posta əsas namizəd isə hazırda "Nyukasl"ın baş məşqçisi Eddi Haudur.
Qeyd edək ki, İngiltərə millisi oktyabrın 17-də AÇ-2024-ün seçmə mərhələ matçında evdə İtaliyanı 3:1 hesabı ilə yenərək turnirin final mərhələsinə vəsiqə qazanıb. Sautqeyt 2016-cı ildən ölkəsinin yığmasında əsas söz sahibidir.