Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında gümüş medal qazanıblar.
Fanat.Az xəbər verir ki, Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) bu nailiyyətə imza atıb.
Onlar çoxnövçülük proqramında ikinci yeri tutublar.