Futbol üzrə İran çempionatında 6-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycanın “Traktor” klubu da növbəti matçına çıxıb.
Təbriz təmsilçisi öz meydanında “Şəms Azar”la üz-üzə gəlib. Oyun "Traktor"un 2:3 hesablı yenilgisi ilə yekunlaşıb.
Hazırda 12 xalı olan təbrizlilər turnir cədvəlinin 4-cü pilləsində mövqe tutublar.