"Real Madrid"in vingeri Vinisius Junior karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football Espana" yayıb.
Xəbərə görə, sözügedən ölkənin "Əl-Əhli" klubu braziliyalı ulduzun transferi üçün İspaniya nəhənginə 200 milyon avro ödəməyə hazırdır. Mənbə "Kral klubu"nun Vinisiusla müqavilə yeniləmək üzrə olduğunu da diqqətə çatdırıb.
Zədədən qayıdan Vinisius bu mövsüm "Real" forması ilə 7 oyuna çıxa bilib. 23 yaşlı "sambaçı" bu qarşılaşmalarda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat