"Barselona"nın prezidenti Joan Laporta Kataloniya təmsilçisinin rəhbəri vəzifəsinə 2026-cı ildə keçiriləcək seçkilərə qatılıb-qatılmayacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" onun dediklərini belə çatdırıb:
"Qanuna görə, yenidən namizədliyimi irəli sürmək hüququm var. Nə qədər ki, bunu bacarıram, indiki İdarə Heyəti ilə birlikdə bunu edəcəm və etmək istəyirəm. Çünki onlar çox çalışırlar və layihəyə sadiqdirlər. Sonrasını isə görəcəyik. "Barselona"nın prezidenti azarkeşlərin həmin postda görmək istədiyi şəxs olacaq".
Xatırladaq ki, Laporta son dəfə 2021-ci ildə "Barselona"nın prezidenti seçilib. O, daha öncə 2003-cü ildə seçkilərdə qalib gəlmişdi. Sözügedən funksioner 2006-cı ildə postunu qoruya bilsə də, 2015-ci ildə Xosep Bartomeuya uduzmuşdu.
Nihat