Dünyanın ən bahalı hücumçularının yeni reytinqi açıqlanıb
Fanat.Az "Transfermarkt" portalına istinadən xəbər verir ki, siyahıya "Mançester Siti"nin forvardı Erlinq Holand və PSJ-nin futbolçusu Kilian Mbappe başçılıq edirlər.
10 ən bahalı hücumçu isə aşağıdakılardır:
1-2. Erlinq Holand ("Mançester Siti") və Kilian Mbappe (PSJ) - hər iksi 180 milyon avro;
3. Vinisius Junior ("Real Madrid") - 150 milyon avro;
4-5. Bukayo Saka (London "Arsenal"ı) və Viktor Osimhen ("Napoli") - hər ikisi 120 milyon avro;
6-7. Filip Foden ("Mançester Siti") və Harri Keyn ("Bayern Münhen") - hər ikisi 110 milyon avro;
8-9. Rodriqo Qoes ("Real Madrid") və Lautaro Martines ("İnter") - hər ikisi 100 milyon avro;
10. Rafael Leau ("Milan") - 90 milyon avro.