"Qalatasaray"ın ulduzu Mauro İkardi zədələnib.
Fanat.Az "sarı-qırmızılar"ın rəsmi saytına istinadən xəbər verir ki, argentinalı hücumçu Super Liqanın 9-cu turu çərçivəsində dünən baş tutan matçda - "Beşiktaş"la İstanbul derbisində (2:1) xəsarət alıb.
Ayağından zədələnən legionerin müalicəsinə başlanıldığı bildirilib.
Qeyd edək ki, "Qalatasaray" oktyabrın 24-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun oyununa çıxacaq. "Aslanlar" "Bayern Münhen"i qəbul edəcək.