Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində "Real Madrid"i qəbul edəcək "Braqa"nın hücumçusu Abel Ruis qarşıdakı oyun barədə danışıb.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" onun dediklərini belə çatdırıb:
"Real" üçün hər şey çətin olacaq. Bu, çox güclü komandadır və görünən budur ki, matç olduqca gərgin alınacaq. Amma bizim dəqiq planımız var və qələbəyə köklənəcəyik. Evdə çıxış edərkən biz çox güclü və etibarlı komanda oluruq. Biz bütün gücümüzü səfərbər edərək Madrid komandasına zərər verməyə, onun zəif nöqtələrini tapmağa çalışacağıq".
Qeyd edək ki, "Braqa" - "Real Madrid" qarşılaşması sabah keçiriləcək. "Munsipial-di-Braqa" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat