"İnter Mayami"nin futbolçusu Tayler Holl MLS təmsilçisinin superulduzu Lionel Messi ilə ilk məşqdə nə hisslər keçirdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, FİFA-nın rəsmi saytı 17 yaşlı Taylerin dediklərini belə çatdırıb:
"Messi ilk dəfə komandanın məşqinə gələndə hər şey qeyri-real idi. Mənə elə gəlirdi ki, hansısa videooyuna düşmüşəm və ya nəsə buna bənzər bir şeydi. Messinin yanımda olmasına hələ də təəccüblənirəm. O, çox ünsiyyətcil oğlandır. Həmişə gülümsəyir və əlimi sıxmaq üçün mənə yaxınlaşır. Messi əla insandır. Bütün gənc oyunçularla xoş münasibətdədir".
Nihat