Yeni mövsümdə Premyer Liqada çıxış edəcək "Araz Naxçıvan" ilk transferlərini gerçəkləşdirib. Fanat.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi Qərib İbrahimov və Emin Cəfərquliyevi heyətinə cəlb edib. Hər iki futbolçu ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, hər iki futbolçu son mövsümü AZAL-da keçirib. Qərib 25 oyunda (1364 dəqiqə) 1 qol vurub, Emin cəmi 7 oyunda meydana çıxaraq 141 dəqiqə oynayıb.
Fanat.az