"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində "Braqa"ya qarşı keçirəcəkləri səfər matçından danışıb.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis fikirlərini "Kral klubu"nun rəsmi saytına bölüşüb:
"Bu, bizim üçün bir fürsətdir, çünki iki qələbədən sonra yenidən qalib gəlmək xoş olar. Biz yaxşı oynayan, hücum etməyi sevən komandaya qarşı oynayacağıq. "Braqa" ilə görüşdə müdafiə olunmaq bizim üçün olduqca vacibdir. Belədə, fərdi keyfiyyətlərimizdən yararlana bilərik.
Əlbəttə, oyuna qorxmadan başlamaq müsbət haldır, amma çox yaxşı hücum edən və son matçlarda çox qol vuran rəqiblərimizə hörmət etməliyik. Rəqiblərimizə böyük hörmətim var, lakin bu, qrup mərhələsini inamla keçmək üçün əla fürsətdir.
Mümkün rotasiyalar? Alaba və Mendi kimi zədədən qayıdan bəzi futbolçuların son durumunu dəyərləndirməliyəm. Naço da qayıdıb. Eləcə də Frenlə bağlı hər şey qaydasındadır. Amma bəzi oyunçuların son matçdan sonra problemləri var".
Qeyd edək ki, çıxdığı ilk 2 oyunda maksimum nəticəyə imza atan "Real" 6 xalla C qrupunun liderdir. "Napoli" və "Braqa" (hərəyə 3 xal) növbəti sıralarda mövqe tutublarsa, "Union" xal qazana bilməyib.
Nihat