"Barselona" Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda üzləşəcəyi Donetsk "Şaxtyor"u ilə oyuna ciddi itkilərlə çıxacaq.
Fanat.Az xəbər verir ki, matç üçün açıqlanan siyahıda əsas heyətin 7 oyunçusu olmayacaq.
“Şaxtaçılar”a qarşı 6 futbolçu - Sergi Roberto, Jül Kunde, Frenki de Yonq, Pedri, Rafinya və Robert Levandovski zədə səbəbindən oynamayacaq. Həmçinin Qavi diskvalifikasiyaya görə oyunda iştirak edə bilməyəcək.
"Barselona" - "Şaxtyor" matçı sabah, oktyabrın 25-də saat 20:45-də baş tutacaq. Oyun "Kamp Nou" stadionunda deyil, "Estadio Olimpiko"da keçiriləcək. Çünki hazırda kataloniyalıların doğma arenasında yenidənqurma işləri aparılır.
Mirağa