AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İsveç oyununun biletləri satışa çıxarılıb.
Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ən ucuz bilet 5, 2-ci kateqoriya üçün 10, 1-ci kateqoriyadan olanlar isə 15 manatdır.
Matçı VİP-dən izləmək istəyənlər isə 30, 50 və ya 200 manat xərcləməlidir.
Biletləri bu ünvanlardan əldə etmək olar:
iTicket.az satış məntəqələri:
Gənclik Mall
28 Mall
Heydər Əliyev Sarayı-nın kassası
Köşk No1 (Sahil m. M.Rəsulzadə 3)
Köşk No2 (Bülbül prospekti, Nizami küç.)
1 Saylı ASAN xidmət mərkəzi
2 Saylı ASAN xidmət mərkəzi
3 Saylı ASAN xidmət mərkəzi
4 Saylı ASAN xidmət mərkəzi
1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi
Azərbaycan - İsveç oyunu noyabrın 16-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.