UEFA Avropa Liqasında H qrupunda yer alan "Qarabağ" bu gün Almaniyanın "Bayer Leverkuzen" komandasının qonağı olacaq.
Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış mütəxəssis Mahmud Qurbanovla əlaqə saxlayıb təmsilçimizin qrupdakı üçüncü oyunu barədə nə düşündüyünü soruşduq.
Qurbanovun Fanat. Az-a açıqlaması belə oldu :
"Qarabağ"dan yaxşı nəticə əldə edəcəyini gözləyirəm. Düzdür, rəqibi qrupunun favoritidir. Ötən illərdə "Qarabağ" "Bayer"dən də adlı-sanlı klublarla oyunayıb. Müsbət nəticədən danışırıqsa, təmsilçimizin heç-heçə etmək şansı daha yüksəkdir. "Qarabağ" daha öncə də İngiltərə, Almaniya və Belçika kimi ölkələrin təmsilçilərinə qarşı mübarizə aparıb. Düşünürəm ki, qrupu ikinci yerdə bitirmək şansımız daha yüksəkdir. Həm "Hekken", həm də "Molde" kimi klublar məğlub edilib. Hər iki oyunda da gördük ki, meydanda da "Qarabağ" onlardan üstündür. Yenə deyirəm, "Bayer" qrupunun favoritidir. "Qarabağ" isə ikinci yeri tuta bilər".
Qeyd edək ki, "Bayer" və "Qarabağ" əvvəlki iki oyunda qələbə qazanıblar və 1-2-ci yerlərdə qərarlaşıblar. Qrupdakı digər iki komanda - "Molde" (Norveç) və "Hekken" (İsveç) isə xal qazana bilməyiblər.
Nahid Məmmədov