"Nyukasl"ın aparıcı mərkəz hücumçusu Alexander Isak zədə səbəbindən uzun müddətə sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayır.
Mənbənin məlumatına görə, isveçli qoleador Çempionlar Liqasının qrup mərhələsində Dortmund "Borussiya"sı ilə oyunda (0:1) zədələnib.
Aleksandr ilk hissənin 15-ci dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb. İsakın bir aylıq sıradan çıxdığı, ən yaxşı halda, gələn ayın sonunda sıraya qayıda biləcəyi gözlənilir.
Hücumçu İngiltərə Premyer Liqasının bu mövsümündə səkkiz matçda 6 qol vurub və bir məhsuldar ötürmə edib.
Mirağa