"Real Madrid" "Yuventus"a məxsus polşalı qapıçı Voytsex Şesni ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.
Mənbənin məlumatına görə, "Kral" klubu mövsümün sonuna qədər Londonun "Çelsi" klubundan icarəyə götürülən Kepa Arrizabalaqaya alternativ olaraq, Şesninin namizədliyini nəzərdən keçirir. "Real" 33 yaşlı polşalının transferinin kluba ispaniyalının alışından qat-qat ucuz başa gələcəyinə əmindir.
Təcrübəli qolkiperin transfer qiyməti 10 milyon avrodur. Onun “Qoca sinyora” ilə müqaviləsinin müddəti 2024/2025 mövsümünün sonuna kimidir.
Mirağa