17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çemponatnın seçmə mərhələsində bu gün son oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Lüksemburqun müvafiq yaş qrupundan ibarət komandasına qarşı matç 1:1 hesabı ilə nəticələnib.
Millimizin qolunu qarşılaşmanın 51-ci dəqiqəsində Tuncay Əhmədov vurub.
Əvvəlki oyunlarından məğlubiyyətlə ayrılmış yığmamız ilk xalını qazansa da, qrup sonuncusu olub:
Serbiya – 7. Sloveniya – 5. Lüksemburq – 2. Azərbaycan – 1.