İdman24.az-ın məlumatına görə, "kral klubu" "Borussiya Dortmund"un polyak ulduzu Robert Levandovski və "Malaqa"nın yarımmüdafiəçisi İsko ilə danışıqlara başlayıb.
İspaniyanın "AS" qəzeti "Real"ın İskonu yayda satışa çıxarmaq istədiyi Luka Modriçin əvəzinə gətirməyi düşündüyünü yazıb. Qəzet bildirib ki, artıq Modriçin "Bavariya"ya keçidi ilə bağlı ilkin razılaşma əldə olunub.
İdman24.az