"Olimpik Lion"un baş məşqçisi Fabio Qrosso tezliklə Fransa klubunu tərk edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Nikolo Skira öz "Twitter" səhifəsində yazıb.
Mənbənin məlumnatına görə, “toxucular”ın rəhbərliyi komandanın nəticələrindən narazıdır və buna görə də 45 yaşlı italiyalıya ultimatum veriblər.
Komanda "Liqa 1"-in növbəti iki oyunundan birini qazanmalıdır, əks halda müqavilə ləğv ediləcək.
Xatırladaq ki, Qrosso bu ilin sentyabrından “Olimpik Lion”a başçılıq edir.
Komanda növbəti matçını "Olimpik Marsel"ə qarşı keçirəcək (29 oktyabr), ardınca "Metz"lə görüş olacaq. Doqquz oyundan sonra “toxucular” cəmi üç xal toplayaraq hazırda Fransa çempionatının turnir cədvəlində sonuncu yeri tuturlar.
Mirağa