"Real Betis"in yarımmüdafiəçisi İsko İspaniya millisinə qayıtmaq istədiyini deyib.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Ümid edirəm ki, milliyə qayıdacağam. Bu, möhtəşəm bir şeydir. Öz işimdən razıyam. Milliyə qayıtmaq isə mənim necə çalışmağımdan, öz üzərimdə necə işləməyimdən asılıdır. Bu mükafata layiq görülsəm, xoşbəxt olacam. Bugünlərdə demişdim ki, qollar və məhsuldar ötürmələrlə komandama kömək etmək istəyirəm. Artıq qollar da var, ötürmələr də..."
İsko son dəfə İspaniya millisində 2019-cu ildə oynayıb. 31 yaşlı futbolçu bu yay azad agent qismində "Betis"ə qoşularaq 1 illik müqaviləyə imza atıb. Cari mövsüm Sevilya təmsilçisinin forması ilə bütün turnirlərdə 14 matça çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat