“Mançester Yunayted”lə derbidə (3:0) dubla imza ataraq “Mançester Siti”yə inamlı qələbə qazandıran Erlinq Holand həm də rekord müəyyənləşdirib.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, norveçli qoleador Premyer Liqada 23 səfər matçında 20-ci dəfə fərqlənib.
Beləliklə, o, səfərdə 20 qol həddinə çatmaq baxımından liqa rekordu müəyyənləşdirib.
Bu rekord əvvəl Kevin Fillipsə məxsus idi. "Sanderlend"də məhsuldar oyunu ilə şöhrət qazanan forvard Premyer Liqada səfərdə ilk 20 qolunu vurmaq üçün 28 oyuna çıxmaq lazım olmuşdu.
Səfərdə 20 qol həddinə ən tez çatan "5-lik":
23 - Erling Holand
28 - Kevin Fillips
31 - Lan Vrayt
33 - Dieqo Kosta
33 - Pyer-Emerik Obameyanq
Mirağa