Niderland millisinin sabiq futbolçusu, hazırda ölkəsinin NEK klubunun formasını geyinən Bas Dost ölkə çempionatının X turu çərçivəsində “Alkmar”la keçirilən oyun zamanı huşunu itirib.
Fanat.Az xəbər verir ki, 34 yaşlı hücumçu görüşün sonlarında heç bir müdaxilə olmadan yerə yıxılıb və onda qıcolmalar yaranıb.
Dərhal həkimlər tərəfindən müayinə olunan forvard meydandan xərəkdə çıxarılaraq xəstəxanaya aparılıb. Olaydan təşvişə düşən hakimlər və komandalar görüşü yarımçıq dayandırmaqla bağlı razılığa gəliblər. Daha sonra Dostun səhhətinin yaxşı olduğu açıqlanıb.
Qeyd edək ki, oyun dayandırılarkən NEK 2:1 hesabı ilə öndə olub. Komandasının ilk qoluna imza atan Bas ikinci qola məhsuldar ötürmə müəllifi qismində töhfə verib.