İngiltərənin "Mançester Yunayted" klubu azarkeşlərini yeni statistik göstərici ilə üzüb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda əfsanəvi baş məşqçi Aleks Ferqyusonun gedişindən sonrakı müddətdə "Old Trafford"da çıxdığı 34 Premyer Liqa oyununda məğlub olub.
"Qırmızı şeytanlar" şotland mütəxəssin 26 illik dönəmində öz meydanındakı çempionat matçlarında 34 dəfə yenilmişdi.
Ferqyuson 1986-cı ilin noyabrından 2013-cü ilin mayına qədər "Mançester Yunayted"in baş məşqçisi olub.
Hazırda 15 xalı olan MY turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.