"Atletiko Madrid" rəhbərliyi komandanın baş məşqçisi Dieqo Simeone ilə bağlı qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı COPE yayıb.
Xəbərə görə, paytaxt təmsilçisinin bossları sözügedən mütəxəssislə 3 illik müqavilə imzalamağa hazırlaşır. Yeni müqaviləyə sözləşmənin vaxtından əvvəl ləğvi ilə bağlı bənd də salınacaq. Belə ki, “Atletiko” Çempionlar Liqasına vəsiqə qazana bilməsə, klubun Simeone ilə yolları vaxtından əvvəl ayırmaq imkanı olacaq.
Simeone 2011-ci ildən "Atletiko"nu çalışdırır. Madrid komandası argentinalı mütəxəssislə 2 dəfə La Liqada çempionluq sevinci yaşayıb, 1 dəfə İspaniya Kubokunun və 2 dəfə Avropa Liqasının qalibi olub. Eləcə də “Atletiko” sözügedən çalışdırıcının rəhbərliyi altında 2 dəfə Çempionlar Liqasının finalında uduzub.
10 tura 25 xal toplayan "Atletiko" İspaniya çempionatının turnir cədvəlində 3-cü yerdə mövqe tutub.