Liqa 1-in 10-cu turu çərçivəsində keçirilməli olan "Olimpik Marsel" - "Olimpik Lion" matçından öncə yerli fanatların qonaq komandanın avtobusunu daşqalaq etməsi səbəbindən ciddi xəsarətlər alan Fabio Qrossonun fotoları yayılıb.
Fanat.Az xəbər verir ki, "Lion"un italiyalı baş məşqçisini sındırılan şüşələrin qırıqları bu vəziyyətə salıb:
Qeyd edək ki, sözügedən insident üzündən təxirə salınan matçın ardından Fransanın daxili işlər naziri Jerald Darmalen 5 polisin yaralandığını və 9 fanatın həbs olunduğunu bildirib.