İspaniya Kral Futbol Federasiyasının artıq keçmiş prezidenti Luis Rubiales FİFA tərəfindən ağır cəza alıb.
Fanat.Az xəbər verir ki, ona milli və beynəlxalq səviyyədə futbol fəaliyyətlərində iştirak qadağan edilib.
Diskvalifikasiya müddəti üç ildir. Məlumat FİFA-nın rəsmi saytında yerləşdirilib.
Rubialesin qərardan apellyasiya şikayəti vermək üçün on gün vaxtı var.
Xatırladaq ki, İspaniyanın qadınlardan ibarət yığmasının dünya çempionatında qələbəsindən sonra mükafatlandırma mərasimi zamanı Luis Rubiales futbolçunu dodağından öpüb. Rubiales bu hərəkətinə görə tənqidlərlə üzləşib.
Mirağa