"Mənim üçün həyat təslim olmamaq və öz üzərində çalışmaq deməkdir".
Fanat.Az “aftonbladet.se” saytına istinadən xəbər verir ki, bunu “Yurqorden” klubunun azərbaycanlı hücumçusu Musa Qurbanlı deyib.
Start "11-lik"də yer alan və fasilədən sonra əvəzlənən 21 yaşlı futbolçu İsveç çempionatının XXVIII turunda “Brommapoykarna” üzərində qazandıqları qələbənin (2:1) ardından fikirlərini bölüşüb:
"Hərdən qol vurmayanda müəyyən çətinliklər yaranır. Oyundan alınmağımı normal qarşılayıram. Qərarı baş məşqçi verir. Əlbəttə, daha çox oynamaq istəyirəm. Ancaq əvəzləndiyim üçün məyus deyiləm. Əsas olan komandanın qələbə qazanmasıdır. Qalib gəlmişiksə, sevinməliyik.
Bəlli məsələdir ki, azarkeşlər qolla nəfəs alırlar. Hələ gəncəm və komandada yeniyəm. Öz üzərimdə işləməli, təslim olmamamalıyam. İnsan mübarizə aparmağa davam edirsə, yekunda istədiyinə nail olur".
Qeyd edək ki, hazırda 50 xalı olan "Yurqorden" turnir cədvəlinin 4-cü pilləsində mövqe tutub.