FİFA prezidenti Canni İnfantino "Olimpik Marsel" fanatlarının "Olimpik Lion"un avtobusuna hücum etməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, qurum başqanı sosial şəbəkə hesablarında bu barədə paylaşım edib:
"Futbolda nə meydanda zor tətbiqinə yer var, nə də meydandan kənarda. "Marsel"lə "Lion" arasında keçirilməli olan matçdan öncə Marseldə baş verənlərə nə bizim idmanda yer var, nə də bizim cəmiyyətdə. Aidiyyatı qurumları yaşananlarla bağlı ölçü götürməyə səsləyirəm. Futbolda oyunçular, məşqçilər və azarkeşlər təhlükəsizlikdə olmalıdırlar".
Xatırladaq ki, Liqa 1-in 10-cu turu çərçivəsində keçirilməli olan "Olimpik Marsel" - "Olimpik Lion" matçı yerli fanatlar qonaq komandanın avtobusunu daşqalaq etdikləri üçün təxirə salınıb. Nəticədə "Lion"un çalışdırıcısı Fabio Qrosso ciddi xəsarətlər alıb. Oxşar hadisə 2019-cu ildə də yaşanmışdı. Həmin vaxt da "Marsel" tərəfdarları eyni komandanın avtobusuna hücum çəkmişdilər.
Nihat