Hazırda “İnter Mayami”də çıxış edən Argentina millisinin hücumçusu Lionel Messi karyerasının böyük hissəsini keçirdiyi və onlarla nailiyyətə imza atdığı “Barselona”ya münasibətindən danışıb.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" ötən gecə Parisdə "Qızıl top" alan ulduzun dediklərini belə çatdırıb:
“Əlbəttə, mən "Barsa"nı daim izləyirəm. Bu, mənim sevdiyim və ömrümün sonuna qədər sevəcəyim klubdur.
Onların əla komandası var. Çempionlar Liqası uğrunda mübarizə aparmağa hazırdırlar. Onların titula namizəd olmasına şübhəm yoxdur.
Sadəcə, "Barsa"ya çox təzyiq etmək lazım deyil”.
Xatırladaq ki, 36 yaşlı argentinalı dünən karyerasında səkkizinci “Qızıl top”u alıb.
Mirağa