"Liverpul"un yarımmüdafiəçisi Dominik Soboslai klubun rəsmi saytına açıqlama verib.
Fanat.Az xəbər verir ki, macar futbolçu belə danışıb:
"Hamı bizi yenmək istəyir, amma heç kəsdən çəkinmirik. Bizə əlcək atan istənilən komanda ilə üz-üzə gəlməyə hazırıq. Mövsümə necə başlamışıqsa, eryni ruhda da davam etməliyik. Çalışmalı, çalışmalı və yenə də çalışmalıyıq ki, sonda istəyimizə çataq".
Soboslai "Liverpul"a bu yay "Leyptsiq"dən keçib. Hazırda İPL-in turnir cədvəlində 23 xalla 4-cü pillədə qərarlaşan "qırmızılar" lider "Tottenhem"dən 3 xal geri qalır.