"Bayern Münhen"in yarımmüdafiəçisi Camal Musiala "Real Madrid"in ulduz futbolçusu Cud Bellingemi "Kopa Trophy 2023"-ü qazanması münasibətilə təbrik edib.
Fanat.Az xəbər verir ki, o, özünün "Twitter" hesabında şəkil paylaşaraq ürək sözlərini yazıb::
“Salam, Cud. Yaxında oyunumuz var, ona görə də Parisə gələ bilmədim. Amma bu nominasiyada qalib gəldiyin üçün səni təbrik etmək istəyirəm. Buna layiq idin! Yadıma salmaya bilmirəm ki, bir müddət əvvəl sən və mən İngiltərədə oynayarkən bir otel otağını paylaşmışdıq. İndi sən "Real Madrid"də, mən isə "Bayern Münhen"də oynayırıq. Bu, həqiqətən heyrətamizdir! Ümid edirəm ki, tezliklə bir-birimizi görəcəyik. Münhendən salamlar”.
Xatırladaq ki, Cud Bellingem 2023-cü ilin ən yaxşı gənc oyunçusu adı uğrunda sorğunun qalibi olub. Camal Musiala isə sözügedən sorğuda 2-ci olub.
Mirağa