"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silva hansı mütəxəssisin rəhbərliyi altında oynamaq istədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Madrid Universal" onun dediklərini belə çatdırıb:
"Mən artıq futbol tarixinin ən yaxşı məşqçilərindən birinin çalışdırdığı komandada çıxış edirəm. Karlo Ançelottinin də rəhbərliyi altında oynamaq istəyərdim. Onun böyük təcrübəsi var və o da tarixin ən yaxşı mütəxəssislərindən biridir".
Xatırladaq ki, Silva 2017-ci ildən "Mançester Siti"dədir. Geridə qalan müddət ərzində 317 oyuna çıxan 29 yaşlı oyunçu bu qarşılaşmalarda 56 qol və 61 məhsuldar ötürmə müəllifi olub. Bernardunun MS ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalı Portuqaliya millisinin üzvünün transfer qiymətini 80 milyon avro ilə dəyərləndirir.
Nihat