"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Mançester derbisində aldıqları 0:3 hesablı məğlubiyyətdən sonra futbolçularına qəribə cəza verib.
Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" yayıb.
Xəbərə görə, niderlandlı mütəxəssis darmadağın olduqları görüşün ardından futbolçularından susmağı və "Mançester Siti"nin azarkeşlərini dinləməyi tələb edib. Bundan başqa, o, derbidən sonraya nəzərdə tutulan birgünlük istirahəti də oyunçuların əllərindən alıb.
Qeyd edək ki, hazırda 15 xalı olan MY İPL-in turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.
Nihat