"Barselona"nın müdafiəçisi İlkay Gündoğan Kataloniya klubundan narazıdır.
Fanat.Az xəbər verir ki, bu iddia "Sport.es"ə məxsusdur.
Xəbərə görə, Almaniya millisinin türk futbolçusu İspaniya nəhənginin ona və ailəsinə olan münasibətindən məyusdur. Mənbə "Barselona"nın İlkayın ev tapmasına, nəqliyyatla təmin edilməsinə və buna bənzər digər işlərinə yardımçı olmadığını vurğulayıb. Gündoğanın narazılığını rəhbərliyə yazılı şəkildə çatdırdığı və klubun gec də olsa, üzrxahlıq etdiyi bildirilib.
Nihat