"Liverpul"un vingeri Luis Dias oğurlanmış atasının axtarışında iştirak etmək üçün Kolumbiyaya yollanmamaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, məlumatı "Semana" yayıb.
Xəbərə görə, Dias şəxsi təhlükəsizliyinin təmin ediləcəyinə əmin olmadığı üçün belə addım atıb. Mənbə onun vətəninə getmək istədiyini, lakin qohumlarının məsləhəti ilə fikrini dəyişdiyini vurğulayıb. Müvafiq orqanların axtarışları davam etdirdiyi bildirlib.
Qeyd edək ki, hadisə Diasın doğma şəhərində - Barrankasda qeydə alınıb. Futbolçunun valideynləri avtomobillə hərəkət edərkən cinayətkrlar onların yolunu motosikletlərlə kəsiblər. Luisin anasının artıq yerli polis tərəfindən xilas edilib.
26 yaşlı Luis "Liverpul"a ötən ilin yanvarında "Portu"dan keçib. Bu müddət ərzində İngiltərə nəhənginin forması ilə bütün turnirlərdə 58 matça çıxan kolumbiyalı oyunçu 14 qolla yadda qalıb.
Nihat