Milan "İnter"inin hücumçusu Lautaro Martines "Real Madrid"ə transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun dediklərini şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
"Məlum məsələdir ki, "Real" önəmli komandadır. Amma mənim düşüncələrim və ürəyim həmişə "İnter"lədir. "İnter"də çox xoşbəxtəm".
Daha öncə mətbuatda "İnter"in argentinalı forvardla müqavilə yeniləməyi planlaşdırdığı barədə məlumatlar yayılıb.
Xatırladaq ki, Martines İtaliya təmsilçisinə 2018-ci ildə Argentina "Rasinq"indən keçib. Onun "qara-göylər"lə indiki anlaşmasının müddəti 2026-cı ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Lautaronun transfer qiymətini 100 milyon avro ilə dəyərləndirir.
Nihat