Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı qərarlar qəbul olunub:
Gənclər Liqasında keçirilən İCBFA – “Qarabağ” FK oyununda İCBFA komandasının heyətində 16 nömrəli futbolçu Məhəmməd Cəfərzadə qarşılaşmanın 60-cı dəqiqəsində kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılıb. “Qarabağ”ın köməkçi məşqçisi Rauf Əliyev qarşılaşmanın 75-ci dəqiqəsində texniki zona qaydalarını pozduğuna və köməkçi hakimə sərt şəkildə etiraz etdiyinə görə qırmızı vərəqə aldığına görə 2 oyun cəzalandırılıb.
Gənclər Liqasında keçirilən “Kəpəz” PFK – “Sabah” FK oyununda “Kəpəz”in məşqçisi Orxan Verdiyev qarşılaşmanın 35-ci dəqiqəsində hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan uzaqlaşdırıldıqdan sonra hakimlər briqadasını təhqir etdiyinə və tribunaya qalxdıqdan sonra da təhqirə davam etdiyinə görə 5 oyun cəzalandırılıb.