Misli Premyer Liqasının növbəti turunda "Qarabağ"la qarşılaşacaq "Kəpəz" oyunun hazırlıqlarını davam etdirir.
Gəncə təmsilçisinin sözçüsü Azad Mustafayevin Fanat.Az-a verdiyi məlumata görə, komanda tam heyətlə hazırlaşır:
"Cəzalı oyunçumuz yoxdur. Artıq zədəlilər də sıraya dönüb. Ötən tur "Turan Tovuz"a qarşı oynaya bilməyən oyunçular - Şakir Seyidov və Olavale Onanuqa da kollektiv çalışmalara qatılırlar".
Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" qarşılaşması noyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun 16:00-da başlayacaq.
Nihat