Birinci Liqanın debütantı "Ağsu Difai" 5 məğlubiyyət və 1 bərabərliklə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Yayılan məlumatlara görə, sözügedən klub baş məşqçi Paşa Əliyevlə yolları ayırıb. Məlumatı dəqiqləşdirmək üçün klub prezidenti Asəf Məlikovla əlaqə saxlayıb fikirlərini öyrəndik.
Onun Fanat. Az-a açıqlaması belə oldu:
"Paşa Əliyevin səhhətində müəyyən problemlər var. O, baş məşqçi postundan ayrılmayıb. Onun köməkçisi müvəqqəti olaraq bu vəzifəni icra edir. Hakimlərin bəzi oyunlarda penaltiləri verməməsi onu özündən çıxardı, gözünə qan sızdı. Bizim üçün insan faktoru daha əsasdır, nəinki oyunun nəticəsi. Bu müddət ərzində heç bir baş məşqçi ilə danışıqlar aparılmayıb".
Nahid Məmmədov