"Barselona"nın sabiq futbolçusu Ronaldinyo "İnter Mayami"nin hücumçusu Lionel Messiyə verdiyi məsləhətdən danışıb.
Fanat.Az xəbər verir ki, "The Athletic" braziliyalı veteranın dediklərini belə çatdırıb:
"Deku ilə mən hələ klubun gənclərdən ibarət komandasında oynadığı vaxtdan Messinin çıxışını izləyirdik. Onun oyununa baxmaq üçün bir araya gəlirdik. Hələ o vaxt ən yaxşı olacağını gözləyirdik.
Leoya məsləhət lazım deyildi. Ona görə də verdiyim yeganə məsləhət belə olmuşdu: "Sərbəst və həzz alaraq oyna. Sadəcə, topu ayağında saxla, gerisi alınacaq".
Dostlarının arzularını həyata keçirdiyini görmək çox xoşdur. Bu, məni sözün əsl mənasında xoşbəxt edir".
Xatırladaq ki, Messi oktyabrın 30-da karyerası ərzində 8-ci dəfə "Qızıl top" mükafatını alıb.
Nihat