"Bayern Münhen" 19 yaşlı yarımmüdafiəçi Aleksandar Pavloviçlə peşəkar müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb.
Almaniya nəhəngi yetirməsi ilə müddəti 2027-ci ilin iyul ayına qədər olan anlaşma imzalayıb.
Qeyd edək ki, Pavloviç 7 yaşından "Bayern"də oynayır. O, Bundesliqanın 9-cu turunda "Darmştadt"la matçda (8:0) klubun əsas komandasında debüt edib.