"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino London klubunun seneqallı hücumçusu Nikolas Ceksonun niyə az oynamasına aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, argentinalı mütəxəssis yetirməsinə dəstək olub.
Tanınmış insayder Fabritsio Romano Poçettinonun dediklərini belə çatdırıb:
“Müxtəlif səbəblərdən Nikolas Cekson hazırda çətin günlər keçirir. Onun dəstəyə ehtiyacı var. Mən ona inanıram. Yeganə problem vaxtdır. Misal çəkmək istəmirəm, amma o, “Çelsi”yə, onun üçün asan olmayan durumda gəldi. Biz təhlilimizdə ədalətsiz ola bilmərik”.
Yayda "Vilyarreal"dan 37 milyon avroya alınan 22 yaşlı Nikolas Cekson bu mövsüm "Çelsi"nin heyətində 11 oyun keçirib və 3 qol vurub.
Mirağa