15:46 01.11.2023 464

"Çox yaxşı performans sərgiləyirlər" - Kərimov "Araz Naxçıvan"ın medal qazanacağına inanırmı?

Misli Premyer Liqasının 2023/2024 mövsümünün geridə qalan 11 turunda göstərdiyi oyun və əldə etdiyi nəticələrlə adından söz etdirən debütant "Araz-Naxçıvan" futbol ictimaiyyətinin diqqətini öz üzərinə çəkməyi bacarıb. Belə ki, muxtar respublika təmsilçi çıxdığı 11 oyunda 6 qələbə, 2 bərabərlik və 3 məğlubiyyətlə yadda qalıb. Son turda "Qarabağ"ı 2:1 hesabı ilə yenən naxçıvanlılar hazırda 20 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb mövsümün sürpriz komandasından nə gözlədiyini soruşduq. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisinin Fanat.Az-a açıqlaması belə oldu:

"Düzü, turnir cədvəlindəki mövqeləri onların necə çıxış etdiyinin əsas göstəricisidir. Hesab edirəm ki, çox yaxşı performans sərgiləyirlər. Ən azı qış fasiləsinə qədər üst sıralarda olacaqlarına əminəm. Yaxşı transfer siyasəti aparıblar. Legioner oyunçular ilə yerlilərin yaxşı balansı var. Belə bir balans varsa, istənilən rəqibə qarşı oynaya bilərlər. "Qarabağ" kimi komandadan da 3 xal almağı bacardılar. Yalnız "Qarabağ"a deyil, bütün rəqiblərinə qarşı oyunları izləyərkən məğlub olmayacaqları sezilirdi. Medalçılar sırasına düşəcəklər, ya yox, bunu qış fasiləsindən sonra daha dəqiq demək olacaq. Çünki qış fasiləsində digər komandalar da heyətlərini gücləndirə bilərlər. Uzun marafonda medalçılar sırasında qalmaqdan ötrü qış fasiləsində çox yaxşı transfer siyasəti yürüdüb, yaxşı hazırlıq keçib uğurlu çıxışı davam etdirmək lazım gələcək. Hər halda, sözsüz ki, çempionatı medalçılar sırasında bitirmək üçün şansları da var".

Nahid Məmmədov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
11:16

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X