Rusiya millisinin sabiq futbolçusu Aleksey Buqayev narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "Teleqram" kanalı SHOT yayıb.
Xəbərə görə, 42 yaşlı veteran təcridxanada keçirdiyi bir sutkanın ardından peşəkar karyerasını bitirdikdən sonra ailəsində maddi çətinliklər yarandığını və bu səbəbdən narkokuryerliyə başladığını boynuna alıb. Mənbə içkiyə qurşandığı üçün böyük məbləğdə borcu olan Alekseyin yerli satıcılardan yarım kiloqrama yaxın mefadron götürərək onu Karsnodar və Soçidə paylamağa yollandığını da açıqladığını vurğulayıb. "Lokomotiv" və "Krasnodar" kimi klubların da formasını geyinmiş Buqayevin artıq ortaqlarının adını dediyi diqqətə çatdırılıb.
Xatırladaq ki, bu gün 42 yaşlı Alekseyin Krasnodarda saxlanıldığı və üzərindən 495 qrama yaxın mefedron aşkarlandığı barədə məlumat yayılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, Buqayev küçədə qarşısına çıxan kağız parçasından istifadə etməklə narkotik vasitə əldə edib.
Nihat